
İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-pri turnirinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub. Fəxri kürsünün ən yüksək pilləsinə qadınların mübarizəsində İrina Kindzerska yüksəlib. 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan ukraynalı legioner finalda həmyerlisi Yelizaveta Kalaninanı üstələyib.
Bürünc medala isə kişilərin yarışında 90 kq çəkidə Məmmədəli Mehdiyev layiq görülüb. O, son olaraq, estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib.
Əvəzində 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri bürünc medal uğrunda görüşdə rusiyalı Anton Krivobokova uduzaraq, 5-ci yerlə kifayətlənib.
Ümumi komanda hesabında Azərbaycan 53 ölkə arasında İsrail, İtaliya, Fransa və Kosovodan sonra 5-ci yeri tutub.
------------------
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycanın 3 cüdoçusu medal görüşlərinə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc, İrina Kinderzka (+78 kq) qızıl medal uğrunda mübarizə aparacaq.
Mehdiyev ardıcıl olaraq, türkmənistanlı İhlas Setderov və kanadalı Mohab əl-Nəhası yensə də, 1/4 finalda hollandiyalı Yesper Sminkə uduzub. Bununla belə, o, təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun üzərində qələbə qazanmağı bacarıb. Mehdiyev bürünc medala sahib olmaq üçün estoniyalı Klen Kristofer Kalyulaydı da məğlub etməlidir.
90 kq çəkidəki azərbaycanlı digər cüdoçu Tural Safquliyev ilk görüşdə finlandiyalı Aatu Laamanenə qalib gəlsə də, 1/8 finalda hollandiyalı Bas van Empelenə uduzaraq, mübarizəni dayandırıb.
Kokauri rumıniyalı Daniel Natya və belaruslu Aleksandr Vaxavyakı yendikdən sonra yarımfinalda israilli Or Sassana uduzub. O, bürünc medal görüşündə rusiyalı Anton Krivobokovla üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidəki azərbaycanlı digər cüdoçu Şahin Qəhrəmanov ilk görüşdə çilili Fransisko Solisi məğlub etsə də, 1/8 finalda ukraynalı Yakov Xammoya uduzaraq, mübarizəni dayandırıb.
Kindzerska ardıcıl olaraq, fransalı Lauro Fuzo, litvalı Sandra Yablonskite və sloveniyalı Anamari Velenşeki üstələyərək, finala yüksəlib. Həlledici qarşılaşmada onun rəqibi ukraynalı Yelizaveta Kalanina olacaq.
Daha bir medal ümidi Elmar Qasımov (100 kq) isə elə ilk görüşdəcə rumıniyalı Luka Kunsaboya uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycanın 12 təmsilçisindən İbrahim Əliyev (66 kq) və Murad Fətiyev (81 kq) 5-ci yerlə kifayətlənib, Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) isə daha erkən məğlub olaraq, mübarizəni dayandırıb. 53 ölkədən 379 idmançının qatıldığı Qran-prinin ümumi mükafat fondu 100 min dollardır.
-------------------------------------------
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycanın 6 cüdoçusu qüvvəsini sınayacaq.
Sportnet.az xəbər verir ki, yığma üzvlərindən Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kinderzka (+78 kq) tatami üzərinə çıxacaq.
Mehdiyevlə Safquliyev mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar. Onlar müvafiq olaraq, İhlas Setdarov (Türkmənistan) və Aatu Laamanenlə (Finlandiya) qarşılaşacaqlar.
Qasımovun ilk görüşü 1/8 finala təsadüf edəcək. O, Luka Kunsabo (Rumıniya) - İsaak Betsina (Malta) cütünün qalibini sınağa çəkəcək.
Qəhrəmanov 1/16 finalda Fransisko Solislə (Çili), Kokauri 1/8 finalda Eney Mariniç (Sloveniya) - Daniel Natya (Rumıniya) cütünün qalibi ilə görüşəcək.
Nəhayət, Kindzerska 1/8 finalda gücünü Lauro Fuzoya (Fransa) göstərəcək.
Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycanın 12 təmsilçisindən İbrahim Əliyev (66 kq) və Murad Fətiyev (81 kq) 5-ci yerlə kifayətlənib, Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) isə daha erkən məğlub olaraq, mübarizəni dayandırıb. 53 ölkədən 379 idmançının qatıldığı Qran-prinin ümumi mükafat fondu 100 min dollardır.
Təl-Əviv Qran-prisi
26 yanvar
90 kq
1/16 final. Məmmədəli Mehdiyev - İhlas Setdarov (Türkmənistan)
1/8 final. Məmmədəli Mehdiyev - Mohab əl-Nəhas (Kanada)
1/4 final. Məmmədəli Mehdiyev - Yesper Smink (Hollandiya)
Təsəlliverici görüş: Məmmədəli Mehdiyev - Kolton Braun (ABŞ)
Bürünc medal görüşü: Məmmədəli Mehdiyev - Klen Kristofer Kalyulayd (Estoniya)
1/16 final. Tural Safquliyev - Aatu Laamanenlə (Finlandiya)
1/8 final. Tural Safquliyev - Bas van Empelen (Hollandiya)
100 kq
1/8 final. Elmar Qasımov - Luka Kunsabo (Rumıniya)
+100 kq
1/16 final. Şahin Qəhrəmanov - Fransisko Solis (Çili)
1/8 final. Şahin Qəhrəmanov - Yakov Xammo (Ukrayna)
1/8 final. Uşangi Kokauri - Daniel Natya (Rumıniya)
1/4 final. Uşangi Kokauri - Aleksandr Vaxavyak (Belarus)
1/2 final. Uşangi Kokauri - Or Sasson (İsrail)
Bürünc medal görüşü: Uşangi Kokauri - Anton Krivobokov (Rusiya)
+78 kq
1/8 final. İrina Kindzerska - Lauro Fuzo (Fransa)
1/4 final. İrina Kindzerska - Sandra Yablonskite (Litva)
1/2 final. İrina Kindzerska - Anamari Velenşek (Sloveniya)
FİNAL. İrina Kindzeska - Yelizaveta Kalanina (Ukrayna)