Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun 60 yaşı tamam olur.
Sportnet.az xəbər verir ki, bu münasibətlə AGF-də qurumun rəhbəri Namiq Əliyevin rəhbərliyi altında yubilyarla görüş olub. AGF-nin baş katibi Orxan Məmmədov, digər vitse-prezidentlər Firdovsi Umudov və Namiq Abdullayev, İdman şöbəsinin müdiri Yaqub Məmmədov, qurumun digər rəsmiləri, eləcə də Milli Olimpiya Komitəsinin (MOK) İdman idarəsinin müdiri Həsənağa Rzayevin qatıldığı tədbirdə Elçin Cəfərovu təbrik edən Namiq Əliyev bunları deyib: "Elçin müəllim təkcə Azərbaycan güləş aləmində deyil, bütün aparıcı güləş ölkələrində tanınır. Onun keçdiyi yolu, idmanda çəkdiyi əziyyətləri heç kim unutmayıb. Elçin müəllim haqqında çox danışmaq olar. İlk tanışlığımızdan 30 ilə yaxın vaxt keçir. Yunan-Roma güləşinin inkişafında onun böyük xidmətləri var. Artıq federasiyada bir ağsaqqal kimi onun tövsiyələrinə diqqət yetirilir. Elçin müəllimə böyük ehtiyacımız var".
Ardınca MOK rəsmisi Həsənağa Rzayev çıxış edib və Elçin Cəfərovun məşqçilik karyerasına nəzər salıb, qazandığı uğurları xatırladıb. Təbriklərə və diqqətə görə minnətdarlığını bildirən yubilyar isə öz növbəsində güləşimizə və güləşçilərimizə uğurlar arzulayıb və bu yolda əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, E.Cəfərov 2002-10-cu illərdə yunan-Roma güləşi üzrə yığmamıza baş məşqçilik edib. Məhz onun rəhbərliyi altında güləşin bu növündə ilk olimpiya qızılımız (Afina-2004, Fərid Mansurov) qazanılıb. Pekin-2008-də isə Rövşən Bayramovla Vitali Rəhimov gümüş medalı boynundan asıb. Mütəxəssis 2010-cu ildən AGF-də vitse-prezident vəzifəsində çalışır. 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunan E.Cəfərov 4 il sonra "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adını alıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |