Azərbaycan cüdoçuları Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk gününü medalsız başa vurublar.
Sportnet.az xəbər verir ki, yarışa bu gün qoşulan tatami ustalarının hamısı turnirlə erkən vidalaşıb.
Kişilərin mübarizəsində ən yaxşı nəticəni Davud Məmmədsoy göstərə bilib. 60 kq çəkidə mübarizə aparan cüdoçu 1/16 finalda Hon Konq təmsilçisi Martin Launu məğlub etsə də, 1/8 finalda gürcüstanlı Luxumi Çxvimianiyə uduzub.
66 kq-da yarışan Orxan Səfərov və Nicat Şıxəlizadə hərəyə bir rəqibini üstələsələr də, 1/16 finalda mübarizəni dayandırıblar.
Qadınların yarışında isə 48 kq çəki dərəcəsində 1/16 finaldan mübarizəyə qoşulan Aişə Qurbanlı və Əliyeva Leyla, 52 kq-da 1/32 final mərhələsindən mübarizəyə başlayan Gültac Məmmədəliyeva (52 kq) və 57 kq-da 1/16 finaldan çıxışına start verən İçinxorlu Munxtsedev ilk görüşdə uduzub.
-------------------------------------------
Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.
Sportnet.az-ın məlumatına görə, 3 gün davam edəcək nüfuzlu yarışa 93 ölkədən 606 cüdoçu qatılıb. Onlardan 362 nəfəri kişi, 244-ü qadındır. Azərbaycanı 10 kişi və 5 qadın cüdoçu təmsil edir.
İlk yarış günündə onlardan 7-si tatamiyə çıxacaq. Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsindəki Davud Məmmədsoyun ilk rəqibi 1/16 finalda honqkonqlu Martin Lau olacaq. 66 kq çəkidə yer alan Nicat Şıxəlizadə 1/32 finalda bolqarıstanlı Bojidar Temelkovla, Orxan Səfərov isə portuqaliyalı Joao Krisostomo ilə üz-üzə gələcək.
Qadınlardan 48 kq çəkidəki Aişə Qurbanlı 1/16 finalda braziliyalı Natalya Bricidanı, Leyla Əliyeva serbiyalı Milika Nikoliçi, 52 kq-da Gültac Məmmədəliyeva 1/32 finalda rusiyalı Alesya Kuznetsovanı, 57 kq-da İçinxorlu Munxtsedev 1/16 finalda braziliyalı Rafaela Silvanı sınağa çəkəcək.
Fevralın 23-də kişilərdən 73 kq-da Rüstəm Orucov 1/16 finalda Robert Barviq (Almaniya) - Fethi Nuren (Əlcəzair) cütünün qalibi, 81 kq-da Fəqan Quluzadə 1/32 finalda gürcüstanlı Boka Donqvani, Murad Fətiyev 1/32 finalda moldovalı Nikon Zaborosçukla üz-üzə gələcək.
Nəhayət, fevralın 23-də kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev 1/32 finalda israilli Li Koçmanla, 100 kq-da Zelim Kotsoyev avstriyalı Aaron Fara ilə, Elmar Qasımov 1/16 finalda Tomas Briseno (Çili) - L.A.Smit III (ABŞ) cütünün, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda Fransisko Solis (Çili) - Ceyqu Yun (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska 1/8 finalda Sandra Yablonskite (Litva) - Kseniya Çibişova (Rusiya) cütünün qalibi ilə görüşəcək.
"Böyük Dəbilqə"
Kişilər
60 kq
1/8 final. Davud Məmmədsoy - Luxumi Çxvimiani (Gürcüstan)
1/16 final. Davud Məmmədsoy - Martin Lau (Honq Konq)
66 kq
1/16 final. Nicat Şıxəlizadə - Yanq Cin Ham (Cənubi Koreya)
1/32 final. Nicat Şıxəlizadə - Bojidar Temelkov (Bolqarıstan)
1/16 final. Orxan Səfərov - Tal Flikker (İsrail)
1/32 final. Orxan Səfərov - Joao Krisostomo (Portuqaliya)
Qadınlar
48 kq
1/16 final. Aişə Qurbanlı - Natalya Bricida (Braziliya)
1/16 final. Leyla Əliyeva - Milika Nikoliç (Serbiya)
52 kq
1/32 final. Gültac Məmmədəliyeva - Alesya Kuznetsova (Rusiya)
57 kq
1/16 final. İçinxorlu Munxtsedev - Rafaela Silva (Braziliya)