
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, o, üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Sarah Menezesi məğlubiyyətə uğradıb.
Bu gün yarışa qoşulan digər yeddi idmançı isə turniri medalsız başa vurub. Orxan Səfərov (60 kq) təsəlliverici görüşdə uduzub. Oruc Vəlizadə (60 kq), İbrahim Əliyev, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), AişəQurbanlı, Əliyeva Leyla, (hər ikisi 48) və İçinxorlu Munxtsedev (57 kq) Qran-pri ilə erkən vidalaşıblar. Turnirə aprelin 7-də yekun vurulacaq.
Antalya Qran-prisi
5 aprel
Kişilər
60 kq
1/16 final. Oruc Vəlizadə - Yeldos Smetov (Qazaxıstan)
Təsəlliverici görüş. Orxan Səfərov - Artem Lesuik (Ukrayna)
1/4 final. Orxan Səfərov - Kemran Nurillayev (Özbəkistan)
1/8 final. Orxan Səfərov - David Pulkrabek (Çexiya)
1/16 final. Orxan Səfərov - Erik Takabatake (Braziliya)
66 kq
1/32 final. İbrahim Əliyev - Joao Krisostomo (Portuqaliya)
1/8 final. Nicat Şıxəlizadə - Abdula Abduljalilov (Rusiya)
1/16 final. Nicat Şıxəlizadə - Strahinya Bunçiç (Serbiya)
Qadınlar
48 kq
1/16 final. Aişə Qurbanlı - Nazlıcan Kılıc (Türkiyə)
1/8 final. Leyla Əliyeva - Katarina Ments (Almaniya)
1/16 final. Leyla Əliyeva - Aleksandra Pop (Rumıniya)
52 kq
Bürünc medal görüşü. Gültac Məmmədəliyeva - Sarah Menezes (Braziliya)
Təsəlliverici görüş. Gültac Məmmədəliyeva - Lipinq Liu (Çin)
1/4 final. Gültac Məmmədəliyeva - Urantsetseq Munxbat (Monqolustan)
1/8 final. Gültac Məmmədəliyeva - Estrella Lopes Şeriff (İspaniya)
1/16 final. Gültac Məmmədəliyeva - Dilara Lokmanhekim (Türkiyə)
57 kq
1/16 final. İçinxorlu Munxtsedev - Kaya Kayzer (Sloveniya)