Azərbaycanın olimpiya mükafatçısı Teymur Məmmədov karyerasını peşəkar boksda davam etdirməkdən imtina edib.
Sportnet.az xəbər verir ki, bu barədə “Report”a 26 yaşlı idmançının özü məlumat verib. O, bildirib ki, Almaniyada peşəkar boks üzrə turnirə qatılmaq üçün dəvət alsa da, cavabı mənfi olub. Məmmədov imtina qərarını ailəsindən uzaq qalmaq istəməməsi ilə əlaqələndirib.
Qeyd edək ki, Teymur Məmmədov 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bir müddət əvvəl həvəskar boksçu karyerasını başa vuran döyüşçü Avropa çempionu və “Bakı 2015” I Avropa Oyunlarının qalibidir. O, həmçinin dünya çempionatının gümüş və bürünc medallarını qazanıb.