
Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasındakı "Çempionlar" turnirinin 3-cü günündə Azərbaycan yığması daha 4 medal qazanıb.
Sportnet.az xəbər verir ki, sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Əliyev (97 kq) və qızların yarışında Jalə Əliyeva (62 kq) bürünc medalın sahibi olub.
Qeyd edək ki, turnirə aprelin 21-də yekun vurulacaq.