Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçiriləcək.
Sportnet.az "Around the Rings"ə istinadən xəbər verir ki, toplantı iyunun 27-də təşkil olunacaq.
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) tanınma statusundan məhrum olunduqdan sonra İK-nın iclasında yeni təşkilat strategiyası hazırlanacaq. Yığıncaqda həmçinin Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyovun təşkilatın 16 milyon dollar məbləğində borclarını ödəməsi təklifi müzakirə olunacaq.
2018-ci il noyabrın 30-da IOC 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında boks yarışının keçirilməsi ilə bağlı planlarını dondurub. Qərarı AIBA ilə bağlı araşdırmalarla əlaqədar IOC-un İcraiyyə Komitəsi qəbul edib.
Qeyd edək ki, İOC mayda boksu "Tokio-2020"də saxlamağı qərara alsa da, AİBA-nı tanınma statusundan məhrum olub. Bu səbəbdən, olimpiadada boks yarışını bu assosiasiya təşkil edə bilməyəcək.