Gəncə şəhərində qətl hadisəsi törədilib.
Sportnet.az-ın Qərb mərkəzinin məlumatına görə, yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində mübahisə zəminində bıçaqlanıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.
E.Alıyev Gəncədə tanınmış kikboksinq ustası İlqar Alıyevin oğludur.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.