
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında keçiriləcək dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iyulun 29-da start götürəcək yarışın ilk günlərində sərbəst güləşçilər çıxış edəcəklər. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında Murad Haqverdiyev (45 kq), Cavid Cavadov (48 kq), Riad Aslanov (51 kq), Zirəddin Bayramov (55 kq), Fərhad Kərimli (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məmmədəli Əliyev (71 kq), Fərid Cabbarov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) mübarizə aparacaq.
Yeniyetmə qızların yarışında böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilova Zenfira Həşimova (43 kq), Gültəkin Şirinova (46 kq), Nərgiz Səmədova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Firuzə Məcidova (61 kq) və Nigar Mirzəzadəyə (65 kq) güvənəcək.
Mundialın son günlərində böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi üzrə millinin tərkibinə Fərid Sadıxlı (45 kq), Ziya Babaşov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq), Rauf Əliyev (71 kq) və Laçın Vəliyev (92 kq) daxil edilib.
Qeyd edək ki, avqustun 4-dək davam edəcək dünya çempionatında beynəlxalq dərəcəli hakim Zaur Şərifov ədaləti qoruyacaq.