Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmanç tacikistanlı Somon Mahmadbekovla üz-üzə gəlib. Rəqibini əlavə vaxtda məğlub edən Heydərov bürünc medal qazanıb. Bu, həmçinin Azərbaycan cüdoçularının dünya çempionatında ilk medalı olub.
73 kq-dakı digər cüdoçu Rüstəm Orucov finalda yaponiyalı Ono Syoxeyin müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, ilk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər.