Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa çempionatının ikinci yarış günündə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulub.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Murad Allahverdiyev Stoil Stanoyevlə (Bolqarıstan) qarşılaşıb. 81 kq çəkidə rinqə çıxan Ağaverdiyev 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda belaruslu Raman Kazyankovla döyüşəcək. Görüş sentyabrın 8-də olacaq.
Əvəzində İqor Platov (75 kq) Valeri Razmeritaya (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevittə (İngiltərə) və Fuad Cəfərov (+91 kq) Viçenzo Fiasçettiyə (İtaliya) məğlub olub.
Qeyd edək ki, bu gün rinqə Azərbaycan millisinin 3 boksçusu çıxacaq.