Azərbaycanın üç sərbəst güləşçisi Rusiyanın paytaxtı Moskvada keçirilən ALROSA Kubokunda final görüşünə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, hər üç idmançının rəqibi Rusiya güləşçiləri olacaq. 57 kq çəki dərəcəsində mübarizə aparan Georgi Edişeraşvili Ramiz Qazmatovla, Şərif Şərifov (97 kq) isə Əlixan Cəbrayılovla üz-üzə gələcək.
3 qat dünya və Avropa çempionu Hacı Əliyev (65 kq) isə Naçın Kularla qarşılaşacaq. Final görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Hacımurad Hacıyev (74 kq) və Cəbrayıl Həsənov (86 kq) bürünc medal qazanıblar.