
Hövsanda yerləşən FHN İdman Olimpiya Kompleksində gənclər arasında cüdo üzrə Bakı birinciliyinə start verilib.
Sportnet.az-ın məlumaıtna görə, iki gün davam edəcək paytaxt birinciliyində 25 klubdan 217 gənc cüdoçu (191 oğlan və 26 qız) medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günü qızlar arasında üç çəki dərəcəsində (44 kq, 52 kq, 63 kq) qaliblər müəyyənləşib.
Oğlanların mübarizəsində isə 55 kq, 66 kq, 81 kq və 100 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparıb.
Oğlanlar
55 kq Cəlalov Sadiq
66 kq Ələsgərli Nihad
81 kq İmamverdiyev Məhərrəm
100 kq Nəsirli Ruslan
Qızlar
44 kq İbrahimova Əsma
52 kq Məmmədova Mələkxanım
63 kq Hüseynova Leyla