Sportnet.az-ın məlumatına görə, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.
Alyona Kolesnik gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşəcək.
Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb.
Tatyana Omelçenko təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığma üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu Yuliya Tkaça məğlub olub. Omelçenko fevralın 14-də bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları fevralın 14-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
53 kq
Təsnifat: Tatyana Varansova - Marina Rueda Flores (ESP) 8:5
1/8 final: Tatyana Varansova - Cesika Korneliya Blaşka (NED) 0:10
Təsəlliverici görüş: Tatyana Varansova - Suzanna Georgiana Seykariu (ROU)
57 kq
1/4 final: Alyona Kolesnik - Qreys Cekob Bullen (NOR) 0:5 (tuşe)
Bürünc medal görüşü: Alyona Kolesnik - İrina Kuraçkina (BLR)
Təsnifat: Tatyana Omelçenko - Aurora Kampaqna (İTA) 3:0
1/4 final: Tatyana Omelçenko - Marianna Sastin (HUN) 5:3
1/2 final: Tatyana Omelçenko - Yuliya Tkaç (UKR) 0:4
Bürünc medal görüşü: Tatyana Omelçenko - Veranika İvanova (BLR)
65 kq
1/4 final: Elis Manolova - Petra Olli (FİN) 8:1
1/2 final: Elis Manolova - Mariya Kuznetsova (RUS) 7:3
FİNAL: Elis Manolova - Mimi Nikolova Xristova (BUL)
------------------------------------------
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Sportnet.az-ın məlumatına görə, yarışın 4-cü günündə Azərbaycanın daha 4 qadın güləşçisi mübarizəyə qoşulacaq. 53 kq çəki dərəcəsindəki Tatyana Varansova təsnifat mərhələsində Marina Rueda-Flores (İspaniya) ilə üz-üzə gələcək. Alyona Kolesnik (57 kq) 1/4 finalda Qreys Bullen (Norveç) qarşılaşacaq.
Tatyana Omelçenko (62 kq) 1/8 finalda Aurora Kampanya (İtaliya) ilə, Elis Manolova (65 kq) isə Petra Olli (Finlandiya) ilə güləşəcək.
Qeyd edək ki, digər qadın güləşçi Sabirə Əliyeva bu gün təsəlliveri görüşə qatılacaq. Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netreba (68 kq) uduzduqları və rəqibləri finala çıxmadıqları üçün mübarizəni dayandırıblar.
Azərbaycan yunan-Roma güləşçiləri isə Avropa çempionatını 2 qızıl, 4 bürünc medalla başa vurub. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar.