Azərbaycanın sərbəst güləş millisi İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.
Sportnet.az-ın məlumatına görə, 116 xal yığan yığma yalnız Rusiyadan (186) geri qalıb. İlk "3-lüy"ü Gürcüstan (95) qapayıb.
Azərbaycan bu növdə 5 medal qazanıb. Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşi üzrə millisi də 2 qızıl, 4 bürünc medalla ikinci yeri tutub. Qadınlardan ibarət yığma ilə 1 gümüş, 1 bürünc medalla 7-ci olub.