Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokuna yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycanın bir gümüş və bir bürünc medal qazanan sərbəst güləş yığması komanda hesabında 91 xalla üçüncü yeri tutub. Rusiya 210 xalla birinci, Türkiyə isə 104 xalla ikinci pillədə yer alıb.