Azərbaycan cüdoçuları Məmmədəli Mehdiyev və Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqənin son günündə bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev Gürcüstan təmsilçisi Beka Gviniaşvili ilə üz-üzə gəlib. İpponla uduzan Mehdiyev medal şansını əldən verib və 5-ci olub.
100 kq-dakı Zelim Kotsoyev isə bürünc medal uğrunda rusiyalı Niiaz İliasovla qarşılaşıb. O da Mehdiyev kimi məğlub olub və turniri 5-ci pillədə başa vurub.
Bu gün tatamiyə çıxan cüdoçulardan +100 kq-da Uşangi Kokauri Ben Spiykersə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) məğlub olub.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.
----------------------------------
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı İspaniyanı təmsil edən Nikoloz Şerazadişvili ilə üz-üzə gəlib.
Qarşılaşmadan məğlub ayrılan Mehdiyev finala vəsiqə qazana bilməyib və üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
100 kq-dakı Zelim Kotsoyev də bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, ardıcıl olaraq Boris Georgiyev (Bolqarıstan) və Toma Nikiforovu (Belçika) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Onise Saneblidzenin (Gürcüstan) müqavimətini qıra bilməyib Kotsoyev təsəlliverici görüşdə Tomas Brisenyodan (Çexiya) üstün olub. Eyni çəkidəki Elmar Qasımov İoakim Dvarbiyə (İsveç) qalib gəlsə də, 1/8-də Onise Saneblidzeyə uduzub.
Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə Beka Gviniaşvili (Gürcüstan) ilə, Zelim Kotsoyev isə Niiaz İliasovla (Rusiya) görüşəcək.
+100 kq-da Uşangi Kokauri Ben Spiykersə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) məğlub olub.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.
---------------------------------------------------------------------
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finalda Orelyen Disslə (Fransa) üz-üzə gələcək.
100 kq-dakı Zelim Kotsoyev 1/16 finalda Boris Georgiyevlə (Bolqarıstan), eyni çəkidəki Elmar Qasımov isə İoakim Dvarbi (İsveç) ilə qarşılaşacaq.
+100 kq çəkidəki Uşangi Kokauri Ben Spiykersin (Niderland), Camal Feyziyev Serafim Kompanyesin (İsrail) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.
90 kq
1/16 final. Məmmədəli Mehdiyev - Orelyen Diss (Fransa)
1/8 final. Məmmədəli Mehdiyev - Komronshokh Ustoripiyon (Tacikistan)
1/4 final Məmmədəli Mehdiyev - Krisztian Toth (Macarıstan)
1/2 final. Məmmədəli Mehdiyev - Nikoloz Şerazadişvili (İspaniya)
Bürünc medal görüşü: Məmmədəli Mehdiyev - Beka Gviniaşvili (Gürcüstan)
100 kq
1/16 final. Zelim Kotsoyev - Boris Georgiyev (Bolqarıstan)
1/8 final. Zelim Kotsoyev - Toma Nikiforov (Belçika)
1/4 final. Zelim Kotsoyev - Onise Seneblidze (Gürcüstan)
Təsəlliverici görüş. Zelim Kotsoyev - Tomas Briceno (Çexiya)
Bürünc medal görüşü: Zelim Kotsoyev - Niiaz İliasovla (Rusiya)
1/16 final. Elmar Qasımov - İoakim Dvarbi (İsveç)
1/8 final. Elmar Qasımov - Onise Saneblidze (Gürcüstan)
+100 kq
1/16 final. Uşangi Kokauri - Ben Spiykers (Niderland)
1/16 final. Camal Feyziyev - Serafim Kompanyes (İsrail)