Azərbaycan cüdoçusu Murad Fətiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Antuan Valya-Fortye (Kanada) ilə üz-üzə gəlməli idi.
Rəqib görüşə çıxmadığı üçün Fətiyev qalib elan olunub.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal əldə edib. Onun da rəqibi qarşılaşmaya çıxmamışdı.
Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.
--------------------------------------------------------
Azərbaycan cüdoçu Murad Fətiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Portuqaliyanı təmsil edən Anri Egutidze ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Fətiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Yarışa 1/32 finalda başlayan cüdoçu ardıcıl olaraq Din Gemer (İsrail), Xose Mendiola (İspaniya) və Abdelrahman Məhəmmədi (Misir) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Toto Grigalaşvili (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.
81 kq-dakı digər cüdoçu Zelim Tskayev 1/32 finalda Kenni Bedelə qalib gəlib, növbəti raundda isə Dorin Qotonoaqaya (Moldova) uduzub.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.
---------------------------------------------------
Bu gün Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayır.
Sportnet.az-ın məlumatına görə, yarışın ikinci günündə Murad Fətiyev və Zelim Tskayev (hər ikisi 81 kq) qüvvəsini sınayacaq.
Fətiyev 1/16 finalda Din Gemerlə (İsrail), Tskayev isə Kenni Bedellə (İtaliya) üz-üzə gələcək.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.
81 kq
1/32 final. Murad Fətiyev - Din Gemer (İsrail)
1/16 final. Murad Fətiyev - Xose Mendiola (İspaniya)
1/8 final. Murad Fətiyev - Abdelrahman Məhəmməd (Misir)
1/4 final. Murad Fətiyev - Toto Grigalaşvili (Gürcüstan)
təsəlliverici görüş. Murad Fətiyev - Anri Egutidze (Portuqaliya)
Bürünc medal uğrunda görüş. Murad Fətiyev - Antuan Valya-Fortye (Kanada)
1/32 final. Zelim Tskayev - Kenni Bedel (İtaliya)
1/16 final. Zelim Tskayev - Dorin Qotonoaqa (Moldova)