Azərbaycan cüdoçusu Zelim Kotsoyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı final görüşündə yaponiyalı dünya çempionu Aaron Volfa cərimə xalı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
100 kq-dan yuxarı çəki dərəcəsindəki Uşanqi Kokauri isə "bürünc" uğrunda görüşdə avstriyalı Stefan Hegyiyə uduzaraq, medalsız qalıb.
------------------
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqə turnirində yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı estoniyalı Qriqori Minaskin ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn Kotsoyev adını finala yazdırıb. O, qızıl medal uğrunda qarşılaşmada dünya çempionu olan Yaponiya təmsilçisi Aaron Volfu sınağa çəkəcək.
Yarışa 1/16 finaldan start verən Kotsoyev əvvəlcə fransalı Sirill Maredən güclü olub. Növbəti mərhələdə xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdıran idmançı 1/4 finalda isə Avstriya təmsilçisi Kayhan Özçiçek-Takagi üzərində qələbə qazanıb.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Elmar Qasımov turniri medalsız başa vurub. 1/16 finalda maltalı İsaak Bezzinaya qalib gələn Qasımov növbəti mərhələdə Kayhan Özçiçek-Takagi ilə bacarmayıb.
100 kq-dan yuxarı çəki dərəcəsindəki Uşanqi Kokauri isə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Stefan Hegyi (Avstriya) olacaq. Kokauri ardıcıl olaraq, Daniel Allerstorfer (Avstriya) və Alişer Yusupovu (Özbəkistan) məğlub etsə də, yarımfinalda yaponiyalı Hisayoşi Harasavaya uduzub.
Qeyd edək ki, Azərbaycan 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirində 13 cüdoçu ilə təmsil olunur. Onlardan Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.
------------------
Türkiyənin Antalya şəhərindəki cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq.
100 kq-da çıxış edən cüdoçulardan Zelim Kotsoyev 1/16 finalda Sirill Mare (Fransa), Elmar Qasımov isə eyni mərhələdə İsaak Bezzina (Malta) ilə üz-üzə gələcək.
100 kq-dan yuxarı çəki dərəcəsindəki Uşanqi Kokauri isə 1/8 finalda Daniel Allerstorfer (Avstriya) / Əli Ömər (Liviya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirində 13 cüdoçu ilə təmsil olunur. Onlardan Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.
Böyük Dəbilqə
3 aprel
100 kq
1/16 final. Zelim Kotsoyev - Sirill Mare (Fransa)
1/8 final. Zelim Kotsoyev - Zlatko Kumriç (Xorvatiya)
1/4 final. Zelim Kotsoyev - Kayhan Özçiçek-Takagi (Avstriya)
1/2 final. Zelim Kotsoyev - Qriqori Minaskin (Estoniya)
FİNAL: Zelim Kotsoyev - Aaron Volf (Yaponiya)
1/16 final. Elmar Qasımov - İsaak Bezzina (Malta)
1/8 final. Elmar Qasımov - Kayhan Özçiçek-Takagi (Avstriya)
+100 kq
1/8 final. Uşangi Kokauri - Daniel Allerstorfer (Avstriya)
1/4 final. Uşangi Kokauri - Alişer Yusupov (Özbəkistan)
1/2 final. Uşangi Kokauri - Hisayoşi Harasava (Yaponiya)
Bürünc medal görüşü: Uşangi Kokauri - Stefan Hegyi (Avstriya)
Qeyd edək ki, Azərbaycan 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirində 13 cüdoçu ilə təmsil olunur. Onlardan Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.