Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində bu gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, güləşin bu növündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayır.
Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq) və Rafiq Hüseynov (77 kq) təsnifat, Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 final mərhələsindən yarışa başlayıb.
Onlardan yalnız Hüseynov yarımfinala yüksələ bilib. O, mübarizəyə yarımfinal mərhələsindən başlamalı olsa da, Hyenvu Kim (Koreya) görüşə çıxmadığı üçün azərbaycanlı pəhləvan 1/8 finala adlayıb. Təcrübəli pəhləvan növbəti görüşlərində Qurpret Sinq (Hindistan) və Abd Elkrim Ouakalini (Əlcəzair) məğlubiyyətə uğradıb. Yarımfinalda rəqib Viktor Nemes (Serbiya) olacaq.
Məmmədov ardıcıl olaraq, Stiq Andre Berqe (Norveç) və Maksim Kajarskiyə (Belarus) qalib gəlsə də, 1/4 final mərhələsində Hanyae Çunqa (Cənubi Koreya) uduzub.
Çunayev Donior İslamov (Moldova) və Deyvid Dimitrovu (Bolqarıstan) yenməsinə baxmayaraq, əslən azərbaycanlı Pərviz Nəsibova (Ukrayna) məğlub olub.
Lokyayev ilk görüşdəcə Nikolos Kakelaşviliyə (İtaliya) uduzub. Kandelaki isə Oskar Marviki (Norveç) mübarizədən kənarlaşdırsa da, Rafal Krajevskinin (Polşa) müqavimətini qıra bilməyib.
----------------------------------------------------
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində bu gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.
Sportnet.az-ın məlumatına görə, güləşin bu növündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayacaq.
Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq) və Rafiq Hüseynov (77 kq) təsnifat, Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 final mərhələsində yarışa başlayacaq.
Bu gün həmçinin qadın güləşçilərdən Elis Manolova (68 kq) final görüşünə çıxacaq. Onun rəqibi Mimi Xristova (Bolqarıstan) olacaq.
Yunan-Roma güləşi
60 kq
Təsnifat: Murad Məmmədov - Stiq Andre Berqe (Norveç) - 4:1
1/8 final: Murad Məmmədov - Maksim Kajarski (Belarus) - 4:1
1/4 final: Murad Məmmədov - Hanyae Çunq (Koreya)
67 kq
Təsnifat: Rəsul Çunayev - Donior İslamov (Moldova) - 4:4
1/8 final: Rəsul Çunayev - Deyvid Dimitrov (Bolqarıstan) - 6:0
1/4 final: Rəsul Çunayev - Pərviz Nəsibov (Ukrayna) - 2:3
77 kq
Təsnifat: Rafiq Hüseynov - Hyenvu Kim (Koreya) - 0:0
1/8 final: Rafiq Hüseynov - Qurpret Sinq (Hindistan) - 8:0
1/4 final: Rafiq Hüseynov - Abd Elkrim Ouakali (Əlcəzair) - 9:0
1/2 final: Rafiq Hüseynov - Viktor Nemes (Serbiya)
97 kq
1/8 final: Murad Lokyayev - Nikolos Kakelaşvili (İtaliya) - 4:6
130 kq
1/8 final: Beka Kandelaki - Oskar Marvik (Norveç) - 7:0
1/4 final. Beka Kandelaki - Rafal Krajevski (Polşa) - 4:4
Qadın güləşi
68 kq
Final: Elis Manolova - Mimi Xristova (Bolqarıstan)
Görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Medal görüşləri saat 18:00-da, lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Elis Manolova finala vəsiqə qazanmaqla, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qadın güləşində daha bir vəsiqəni 2019-cu il dünya çempionatında Mariya Stadnik (50 kq) əldə edib.
Yunan-Roma güləşində hələlik yeganə lisenziyaya İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində sahib olub.
Azərbaycan sərbəst güləşçiləri isə olimpiadaya 3 vəsiqə qazanıblar. Həmin lisenziyalara Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) yiyələnib.