
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Sportnet.az xəbər verir ki, beşinci yarış günündə 55 kq, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri döşək üzərinə çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanı ilə ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb.
Zaur Nuriyev debütdə Rumıniya güləşçisinə məğlub olub.
Laçın Vəliyev ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra o, Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Vəliyev mayın 22-də təsəlliverici görüşə çıxacaq.
Sərxan Məmmədov ilk görüşdə Serbiya idmançısına minimal hesabla qalib gəlib. Ancaq daha sonra o, İsveçrə təmsilçisi ilə bacarmayıb.
Bu çəkilərdə təsəlliverici və medal görüşləri mayın 22-də keçiriləcək.
55 kq
1/4 final: Zaur Əliyev – Denis Florin Mihay (Rumıniya) 4:1
1/2 final: Zaur Əliyev - Mövlud Rizmanov (Rusiya) *3:3
FİNAL: Zaur Əliyev - Adem Burak Uzun (Türkiyə)
63 kq
1/8 final: Zaur Nuriyev – Aleksandru Trandafir (Rumıniya) 4:6
87 kq
Təsnifat: Laçın Vəliyev – Şimon Şimonoviç (Polşa) 5:3
1/8 final: Laçın Vəliyev - Aleksandr Komarov (Rusiya) 0:8
Təsəlliverici görüş: Laçın Vəliyev - İlias Paqkalidis (Yunanıstan)
130 kq
1/8 final: Sərxan Məmmədov – Vladan Jivkoviç (Serbiya) 4:3
1/4 final: Sərxan Məmmədov - Delian Hüseyn Alişahi (İsveçrə)