
Azərbaycan milli komandası Budva şəhərində gənc və yeniyetmə boksçular arasında keçirilmiş beynəlxalq Monteneqro Kubokunda 7 medal qazanıb.
keçirilib.
Sportnet.az abf.az-a istinadən xəbər verir ki, turnirə Vaqif Kazımovun rəhbərlik etdiyi 10 yeniyetmədən ibarət yığma qatılıb. Onlardan 3-ü qızıl, 2-si gümüş, 2-si bürünc medala sahib olub.
Kənan Babayev (48 kq) finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovu, Məhəmmədəli Qasımzadə (54 kq) bolqarıstanlı Viktorio İliyevi, Sənan Hətəmov (63 kq) ukraynalı Oleq Sapijakı məğlub edib.
Tofiq Quliyev (46 kq) və Ziya Həsənov (66 kq) həlledici görüşdə məğlub olaraq, ikinci yeri tutublar. Digər boksçulardan İbrahim Zeynalov (50 kq) və Xaqani Quliyev (+80 kq) isə bürünc medalla kifayətlənib.
Qeyd edək ki, yarışda iştirak iyulda Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır. Turnirə ümumilikdə 15 ölkə qatılıb.