Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turnirinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, üç gün davam edən ənənəvi yarışda millimizin üzvləri də iştirak edib.
Memorialda gənc güləşçi Əbülfəz Nəsirov (61 kq) fərqlənib. O, bürünc medala sahib çıxıb.
İslam Bazarqanov (57 kq), Coşqun Əzimov (74 kq) və İslam İlyasov (97 kq) isə 5-ci yerlə kifayətlənib.