1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Baku Fires"ın heyəti açıqlandı
Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun görüşləri keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Baku Fires” Polşanın "Rafako Hussars Poland" komandası ilə qarşılaşacaq.
Artıq komandaların heyətləri məlum olub.
"Baku Fires" – "Rafako Hussars Poland"
52 kq. Elvin Məmişzadə – Qrjeqorj Kozlovski
60 kq. Albert Səlimov – David Miçelus
69 kq. Pərviz Bağırov - Stiven Donnelli
81 kq. Soltan Migitinov – Jordan Kulinski
+91 kq. Arslanbek Mahmudov - Mantas Valaviçius
Polşa klubu ilə görüşdə Azərbaycan klubunun heyətində Pərviz Bağırov debüt edəcək. Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin qalibi Şimali İrlandiya boksçusu Donnelli ilə üz-üzə gələcək.
"Baku Fires”in heyətində Arslanbek Mahmudov isə cari mövsümdə 2-ci qələbəsini qazanmağa çalışacaq. Onun rəqibi Litva təmsilçisi Mantas Valaviçius olacaq. Ötən il Qroznıda Əhməd Kadırovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edən litvalı boksçu ilk görüşdə uduzmuşdu. Valaviçius 2013-cü ildə Neft Ölkələrinin Dünya Kubokunda milli komandanın üzvü Kamran Mehdiyevə də məğlub olub.
Mahmudovdan başqa, Albert Səlimov da bu mövsüm artıq bir qələbə qazanıb. Dünya və Avropa çempionu 2010-cu ildə Bakıda keçirilən gənclər arasında dünya birinciliyində və həmin il Sinqapurda yeniyetmələrin Olimpiya oyunlarında bürünc medal qazanmış David Miçelusla üz-üzə gələcək.
Bu həftə B qrupunda "Puerto Riko Hurricanes” "Caciquez Venezuela”-nı, "Argentina Condors” "İtalia Thunder”i, "Astana Arlans” isə USA "Knockouts”u qəbul edəcək.
Qeyd edək ki, qrupun 4-cü pilləsində qərarlaşan "Baku Fires" Polşa təmsilçisi ilə fevralın 7-si saat 19:00-da Quba Olimpiya Kompleksində rinqə çıxacaq. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio-2016 Olimpiadasına vəsiqə qazanacaq.