Fevralın 7-də Rusiyanın paytaxtı Moskvada Olimpiya çempionu B.Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. Sportnet.az-ın məlumatına görə, turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak edəcək.
Böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında 10 güləşçi Moskvaya yollanıb. 2 gün davam edəcək yarışda Azərbaycanı Elşad Məmmədov (42 kq), Zaur Nuriyev (46 kq), Pərvin Abdullayev (50 kq), Xancavad Məcidzadə (54 kq), Kamran Mirzəliyev, Kənan Cəfərov (hər ikisi 58 kq), İbrahim Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Aslan Məmmədov (76 kq) və Camal Feyziyev (100 kq) təmsil edəcək.