Oktyabrın 2-də Norveçin paytaxtı Osloda start götürəcək güləş üzrə dünya çempionatında püşkatma mərasimi keçirilib.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri müəyyənləşib.
Yarışda ölkəni baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 9 güləşçi təmsil edəcək.
57 kq
1/8 final: Əfqan Xaşalov - Roberto Alexandro (Meksika)
61 kq
1/16 final: Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna)
65 kq
1/16 final: Əli Rəhimzadə - Yunsik Yun (Koreya)
70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)
74 kq
1/16 final: Coşqun Əzimov - Mathayo Mahabila (Keniya)
79 kq
1/8 final: Əşrəf Aşırov - Axşarbek Qulayev (Slovakiya)
86 kq
1/16 final: Abubakr Abakarov - Ahmed Dudarov (Almaniya)
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Prutviraj Patil (Hindistan)
97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus)
Qeyd edək ki, sabah 61 kq, 74 kq, 86 kq və 125 kq-da çıxış edən sərbəst güləşçilər xalçaya çıxacaq. Oktyabrın 3-də 57 kq, 65 kq, 79 kq və 92 kq, ayın 4-də isə 70 kq və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.