
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Polşa təmsilçisi Məhəmmədmurad Hacıyevlə qarşılaşıb.
Rəqibinə 2:4 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda güləşəcək.
97 kq-dakı İslam İlyasov isə yarışı medalsız başa vurub. Buna onun 1/8 finalda uduzduğu belaruslu Aleksandr Xuştinin finala çıxa bilməməsi səbəb olub.
----------------------------------------------
Azərbaycanın son iki sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Spornet.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırova (Bəhreyn) qalib gəlib. O, 1/4 finalda Ceyms Qrini (ABŞ) də məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bayramov finala gedən yolda Məhəmmədmurad Hacıyev (Polşa) ilə üz-üzə gələcək.
97 kq-dakı İslam İlyasov 1/8 final mərhələsində Aleksandr Xuştinlə (Belarus) bacarmayıb. Xuştin finala çıxsa, İlyasov sabah təsəlliverici görüşlərə qatılacaq.
Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Bu gün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Omarhacı Məhəmmədovla (Belarus) qarşılaşacaq. Medal mübarizələri Bakı vaxtı ilə saat 20:00-da start başlanacaq.
Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.
-------------------------------------------------
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
97 kq-dakı İslam İlyasov isə Aleksandr Xuştinlə (Belarus) güləşəcək.
70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) 3:2
1/4 final: Turan Bayramov - Ceyms Qrin (ABŞ) - 6:5
1/2 final: Turan Bayramov - Məhəmmədmurad Hacıyev (Polşa)
97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus) 3:4
Bu ün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus) duelinin güclüsü ilə qarşılaşacaq. Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da, medal mübarizələri isə saat 20:00-da start götürəcək.
92 kq
Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Omarhacı Məhəmmədov (Belarus)
Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.