Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası rekorda imza atıb.
Sportnet.az-ın məlumatına görə, Aleksandr Tarakanovun baş məşqçi olduğu yığma Norveçin Oslo şəhərindəki dünya çempionatında ən azı 4 medal əldə edib. İndiyədək bu say ən yaxşı halda 3 olub.
Bu gün Taleh Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) bürünc medal qazana bilsə, medal sayı daha da artacaq.
Bundan başqa, 6 illik fasilədən sonra Azərbaycanın yunan-Roma güləşi üzrə millisi komanda hesabında dünya çempionatında ilk “3-lük”də yer almağa çox yaxındır. Hazırda yığma 87 xalla Rusiya və İrandan sonra 3-cü pillədə qərarlaşıb.