Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 71 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançının rəqibi yaponiyalı Yuta Akiyama olub.
Rəqibinə 5:0 hesabı ilə qalib gələn Sərxan Əliyev qardaşı Tayfur Əliyevdən fərqli olaraq, adını 1/4 finala yazdırıb. Onun növbəti mərhələdəki rəqibi ABŞ təmsilçisi Obed Barti olacaq.
Beləliklə, bu gün rinqə çıxan Azərbaycanın 4 boksçusundan 3-ü 1/8 final səddini adlamağı bacarıb. Daha əvvəl Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (92 kq) 1/4 finala yüksəlib. Noyabrın 1-də daha 2 boksçu 1/4 finala vəsiqə uğrunda döyüşə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşacaq.
-----------------------------
Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan 24 yaşlı idmançının rəqibi Finlandiya təmsilçisi Arslan Xatayev olub.
Döyüşdən 1:4 hesablı məğlubiyyətlə ayrılan Əliyev mübarizəni dayandırıb.
----------------------------
Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 92 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev serbiyalı Vladan Babiçlə üz-üzə gəlib.
Döyüşdən qalib ayrılan Abdullayev 1/4 finalda hindistanlı Narender Bervala rəqib olub.
----------------------------------------------
Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 86 kq-da mübarizə aparan idmançı rumıniyalı Pol-Andrey Aradoae ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Dominges növbəti raunda vəsiqə qazanıb. Onun 1/4 finaldakı rəqibi rusiyalı Şarapuddin Atayev olacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 boksçusu - Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.