Azərbaycanın daha 3 qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, onların hamısı ilk görüşlərində uduzublar.
Tatyana Varansova (53 kq) təsnifatda Yekaterina Verbinaya (Rusiya), Jalə Əliyeva (62 kq) eyni raundda Anna Fabiana (Serbiya), Birgül Soltanova (65 kq) isə 1/8 finalda Ayna Temirtassovaya (Qazaxıstan) məğlub olub.
Uduzduqları rəqiblər finala çıxacaqları təqdirdə, Azərbaycan təmsilçiləri sabah təsəlliverici görüşlərə qatılacaqlar.
Qeyd edək ki, ötən gün Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) da ilk görüşlərdə uduzaraq yarışı medalsız başa vurub.