"Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin dövründən başlayır. Onun siyasətini Prezident İlham Əliyev davam etdirir".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanın bütün idman növlərinə geniş dəstək verilib: "Son 15 ildə Azərbaycan idmanı beynəlxalq yarışlarda 945 medal qazanıb. Bu, ölkə başçısının idmana verdiyi dəstəyin bariz nümunəsidir. Boks idman növü Azərbaycanda böyük ənənələrə malikdir".