Azərbaycanın daha iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən Cəbrayıl Hacıyev yarımfinalda Türkiyə təmsilçisi İsmet Çiftçini məğlub edib.
86 kq-dakı Abubakr Abakarov finala gedən yolda onun həmyerlisi Emre Çiftçiyə qalib gəlib. Hacıyev qızıl medal uğrunda rumıniyalı Kristian Bironun, Abakarov isə moldovalı Lilian Balanın müqavimətini qırmağa çalışacaq.
Aydın Əhmədov (125 kq) isə gürcüstanlı Solomon Manaşviliyə uduzub. Əhmədov sabah bürünc medal uğrunda görüşdə yunanıstanlı Azamat Xosonovla üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün Azərbaycanın daha iki sərbəst güləşçisi finala vəsiqə qazanıb. Həmin medal görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
------------------------------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Aydın Əhmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Sportnet.az-ın məlumatına görə, 125 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hovhannes Maqnakyana qalib gələrək yarımfinala yüksəlib.
74 kq-dakı Cəbrayıl Hacıyev digər erməni güləşçi Menua Yaribekyanı və avstriyalı Simon Marçlı məğlub edərək yarımfinala adlayıb.
Abubakr Abakarov (86 kq) 1/8 finalda bolqarıstanlı Xristo İliyevi, ardınca isə Fransanı təmsil edən Rahim Maqamedovu yenib.
Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda albaniyalı Emiliano Onuziyə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Daviti Koquaşvili ilə bacarmayıb.
Hacıyev finala gedən yolda türkiyəli İsmet Çiftçi, Abubakr onun həmyerlisi Emre Çiftçi, Əhmədov isə gürcüstanlı Solomon Manaşvili ilə görüşəcək.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.