1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Baku Fires" Polşa klubuna qalib gəldi
WSB-nin (Ümumdünya Boks Seriyası) 11-cu turunda Azərbaycanın "Baku Fires” klubu Polşanın Qdansk şəhərində "Rafako Hussars Poland” komandası ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, görüş Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Döyüşlərin nəticələri:
Rafako Hussars Poland – Baku Fires
49 kq. David Yaqodinski – Rəsul Saliyev 3:0 (49:45, 49: 45, 48:47)
56 kq. Silvestr Kozlovski – Məhəmməd Qurbanov 0:3 (45: 49, 46:49, 47:48).
64 kq. Damian Kivior – Heybətulla Hacəliyev 0:3 (45:50, 45:50, 46:49).
75 kq. Tomaş Yablonski - Jaba Xositaşvili – 2:1 (50:45, 47:48, 50:45).
91 kq. Rain Karlson – Abdulqadir Abdullayev TKO R2 1:37
Bu görüşdə idmançıların fərdi reytinqi baxımından üç qarşılaşma Bakı komandası üçün böyük önəm daşıyıb. 56 kq çəki dərəcəsində Məhəmməd Qurbanov rəqibini məğlub edərək, reytinqdə 1-ci sıradakı mövqeyini möhkəmləndirib. Heybətulla Hacəliyev isə bu qələbədən sonra reytinqdə 2-ci pilləyə yüksəlib. Abdulqadir Abdullayev bu dəfə də rinqi nokautla qələbə qazanaraq tərk edib. Boksçunun zərbələri qarşısında estoniyalı Rain Karlson davam gətirə bilməyib.
Turnir cədvəli
1. "Astana Arlans” – 33, (döyüşlərin fərqi 46-9)
2. "Baku Fires” – 23, (35-20)
3. "İtalia Thunder” – 20, (32-22)
4. USA Knockouts – 18, (26-29)
5. Puerto Rico Hurricanes – 18, (25-30)
6. Caciques Venezuela – 17, (23-32)
7. "Rafako Hussars Poland” – 12, (21-34)
8. "Argentina Condors” – 3, (11-43)
Qeyd edək ki, "Baku Fires” növbəti görüşünü aprelin 11-də Quba Olimpiya Kompleksində USA "Knockouts” klubuna qarşı keçirəcək.