Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
Çinin kişilərdən və qadınlardan ibarət yığmaları da sentyabrın 9-dan Bakıdadırlar. Asiyalılar sentyabrın 30-dək Azərbaycan milli komandaları ilə birlikdə mundiala hazırlaşacaq.
Qeyd edək ki, dünya çempionatı 6 - 12 oktyabrda təşkil olunacaq.