Martın 3-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, üç gün davam edəcək yarışda mübarizə aparacaq Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
60 kq.
Rövşən Əliyev - Nurkanat Serikbayev (Qazaxıstan)/ Mutaz Xavca (Səudiyyə Ərəbistanı)
Əhməd Yusifov - Moritz Plafki (Almaniya)
66 kq.
Kamran Süleymanov - Vilcar Lipard (Estoniya)
Ruslan Paşayev - Lennart Slamberqer (Almaniya)
73 kq.
Nəriman Mirzəyev - Bahruzi Xocazoda (Tacikistan)
Rəşid Məmmədəliyev - Şaxram Ahadov (Özbəkistan)
Qeyd edək ki, turnir Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.