
Azərbaycan boksçuları Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıblar.
Sportnet.az xəbər verir ki, ilk olaraq 57 kq çəki dərəcəsindəki Ümid Rüstəmov rinqə çıxıb.
O, Ronald Veresə (Macarıstan) 0:5 (27:29, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün daha bir boksçu rinqə çıxacaq. Malik Həsənov (63,5 kq) ilk döyüşdə Bartlomey Roskoviç (Polşa) ilə qarşılaşacaq.