Taekvondo üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərində keçirilən Fuceyra açıq çempionatında daha bir medal qazanıb.
Sportnet.az xəbər verir ki, Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
36 kq-da mübarizə aparan idmançı yarımfinaladək Özbəkistan, Qazaxıstan və BƏƏ taekvondoçularına 2:0 hesabı ilə qalib gəlib. Yarımfinalda misirli rəqibinə məğlub olan taekvondoçumuz bürünc medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal qazanıb.