Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.
Sportnet.az xəbər verir ki, finalda türkiyəli Səlçuka Cana 0:2 hesabı ilə uduzan Ülvü Qənizadə (72 kq) gümüş mükafatla kifayətlənib.
Bununla da yunan-Roma güləşçiləri yarışı ümumilikdə 6 (3 qızıl, 2 gümüş, 1 bürünc) medalla başa vurublar.
----------------------------------
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Məmmədli finalda moldovalı Viktor Çiobanunu 8:3 hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millinin digər üzvü Həsrət Cəfərov (67 kq) isə həlledici görüşdə rusiyalı Ruslan Biçurini məğlub edərək titulunu qoruyub.
Bu gün həmçinin Ülvü Qənizadə (72 kq) də final qarşılaşmasına çıxacaq. O, türkiyəli Səlçuk Canı sınağa çəkəcək.
--------------------------------
Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) finala çıxmaq uğrunda mübarizə aparacaqlar.
İdmançılar yarımfinalda, müvafiq olaraq, ukraynalı Oksana Livaç və polşalı Gil Patrisiya ilə qarşılaşacaqlar.
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kiloqram) isə təsəlliverici görüşdə gürcüstanlı Gela Bolkvadzeyə 0:9 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.
--------------------------------
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Sportnet.az xəbıər verir ki, bu gün yunan-Roma güləşində mübarizəyə yekun vurulacaq, qadın güləşçilər yarışa başlayacaqlar.
Doqquzqat Avropa çempionu Mariya Stadnik (50 kq) 1/4 finaldan yarışa qoşulacaq. 35 yaşlı idmançı Emma Lutteno (Fransa) - Milana Dadaşova (AİN) cütünün qalibi ilə üz-üzə gələcək.
Ayona Kolesnik (59 kq) də eyni raunddan mübarizəyə başlayacaq. O, Ramina Mamedova (Latviya) - Katerina Jidaçevska (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.
Yunan-Roma güləşçilərindən isə 4-ü medal qazanmağa çalışacaq. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) final görüşünə çıxacaqlar. Onlar Avropa çempionluğu uğrunda müvafiq olaraq Viktor Çiobanu (Moldova), Ruslan Biçurin (AİN) və Səlçuk Canla (Türkiyə) qarşılaşacaqlar.
Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Gürcüstan güləşçisi Gela Bolkvadze olacaq.