
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin qalibi olub.
Sportnet.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Viktor Çobanuya tam üstünlüklə qalib gəlib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.
-------------------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (63 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinə uğurlu start verib.
Sportnet.az xəbər verir ki, idmançı sözügedən yarışda finaladək irəliləyə bilib.
İlk görüşdə uduzan Beka Kandelaki (130 kq) isə mübarizəni dayandırıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.
------------------------------------------------
Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə başlayacaqlar.
Sportnet.az xəbər verir ki, Murad Məmmədov (63 kq) və Beka Kandelaki (130 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.