
İsveçrədə velosiped idmanının şose növü üzrə U-23 yaş kateqoriyası və gənclər arasında Avropa çempionatı davam edir. Sportnet.az-ın Azərbaycan Velosiped İdmanı Federeasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yarışın 3-cü günü Elgün Əlizadə 41 ölkədən 190 iştirakçı arasında keçirilən qitə çempionatında 130 km məsafəyə qrup ötüşməsində 12-ci yeri tutub.
Bu nəticə Azərbaycanın Avropa çempionatlarında ən uğurlu nəticəsidir.
Bu nəticə Azərbaycanın Avropa çempionatlarında ən uğurlu nəticəsidir.
Avropa çempionatına bu gün U-23 yaş kateqoriyasında çıxış edən velosipedçilərin 173 km məsafəyə qrup ötüşməsi ilə yekun vurulacaq. Bu yaş qrupunda ölkəmizi "Synergy Baku” kontinental komandasının 2 üzvü Tural İsgəndərov və Samir Cəbrayılov təmsil edir.

















































































