1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dağlarda yürüş
Türkiyənin Batman şəhərində dağ velosipedi üzrə "Batman Cup” beynəlxalq turniri keçirilib. Sportnet.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına əsasən təşkil olunan və çətinlik dərəcəsinə görə 2-ci kateqoriyaya aid edilən bu yarışda Azərbaycan yığmasının 3 üzvü mübarizə aparıb.
Reqlamentə əsasən iştirakçılar enişli-yoxuşlu, daşlı yollarda hər biri 5 km-dən ibarət 7 dairə vurublar. Təmsilçilərimizdən ən yaxşı nəticə Aqşin İsmayılova məxsus olub. O, 1 saat, 54 dəqiqə, 6 saniyə göstərici ilə 23 iştirakçı arasında 8-ci yeri tutub. Bu isə idmançımıza 4 reytinq xalı qazandırıb. UCİ qaydalarına əsasən, hər yarışda toplanan xallar velosipedçilərə daha nüfuzlu yarışlarda iştiraka imkan yaradır. Komandamızın digər üzvlərinə gəlincə, Orxan Məmmədov 14-cü, Murad Sultanov isə 16-cı olub. Yığma komanda məşqçilərinin sözlərinə görə, marşrutun çətinliyini və mövsümün yeni başlamasını nəzərə almaqla idmançılarımızın çıxışını qənaətbəxş saymaq olar.
"Batman Cup” turnirinin ardınca idmançılarımız Türkiyədə daha bir yarışda mübarizə aparacaqlar. Onlar iyunun 1-də Ərzurumda Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Erzurum Cup” turnirində çıxış edəcəklər.
Qeyd edək ki, gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının proqramına dağ velosipedi da daxildir. Azərbaycan Velosiped İdmanı Federasiyası bu sahənin inkişafını xüsusi diqqətdə saxlayır. Əsas məqsəd idmançılarımızın Avropa Oyunlarında layiqli çıxışına nail olmaqdır.