Ev oyunlarının keçirdiyi "Santyaqo Bernabeu" stadionunu
təmir etməyə hazırlaşan "Real" yeni layihəni ictimaiyyətə təqdim edib. Sportnet.az-ın məlumatına görə, 400 milyon avroya başa gələcək
yenilənmə işlərinə 2017-ci ildə yekun vurulacaq.
Yeni stadionun üstünü 15 dəqiqəyə açıb-bağlamaq mümkün olacaq. Bunda başqa,
stadionun ərazisində 200 otaqlı olan lüks otel, alış-veriş mərkəzi tikiləcək. Stadionun üzəri titandan
olacaq.
Qeyd edək ki, stadionun adı "IPIC Bernabeu" və ya "Capse Barnabeu" olacaq.