İngiltərə
Premyer Liqasının XIV turunda maraqlı hadisə baş verib. Sportnet.az-ın
məlumatına görə, "Sanderlend” – "Mançester Siti” oyunu zamanı meydana "hörümçək adam” çıxıb.
Matçın ikinci hissəsində məhşur personaj "hörümçək adam” kostyumunu geyinmiş azarkeş oyunun gedişi zamanı meydana daxil olub. O, "Mançester Siti” futbolçularını tora salmaq istəsə də, nəzarətçilər onun bu arzusunu yarımçıq qoyublar. "Hörümçək adam” meydandan uzaqlaşdırılıb.