UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə Türkiyənin "Qalatasaray" klubu İsveçrənin "Yanq Boyz" kollektivi ilə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, "Stad de Syuiss"də baş tutan oyun İstanbul təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
"Sarı-qırmızılar"ın heyətində Mişi Batşuayi dubl müəllifi olub. Abdulkadir Bardakçı isə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.
Komandalar arasında cavab görüşü avqustun 27-si Türkiyədə gerçəkləşəcək.
Gecənin digər oyunlarında Avstriya "Zaltsburq"u səfərdə Ukraynanın "Dinamo" (Kiyev) klubunu, Çexiyanın "Sparta" (Praqa) komandası İsveç "Malmö"sünü 2:0 hesabı ilə məğlub edib, "Midtülan" isə Danimarkada Slovakiyanın "Slovan" (Bratislava) kollektivi ilə sülhə razılaşıb - 1:1.