
Futzal üzrə Azərbaycanın millisi “Avro-2026”nın əsas mərhələsinə hazırlıq məqsədi ilə iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Azərbaycan Futzal Federasiyasından Sportnet.az-a verilən məlumata görə, komanda sentyabrın 19-da və 20-də Çexiya seçməsi ilə gücünü sınayacaq.
Hər iki oyun Zlin şəhərində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan yığması Avropa Çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.