
"Kəpəz" və "Araz-Naxçıvan" futbol üzrə Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanıblar.
Sportnet.az xəbər verir ki, komandalar II təsnifat mərhələsində, müvafiq olaraq, "Ağdaş" və "Şahdağ Qusar"la üz-üzə gəliblər.
Gəncə təmsilçisi rəqibini 6, Naxçıvan klubu isə 4 cavabsız qolla üstələyib.
"Kəpəz" növbəti raundda "İmişli" - "Cəbrayıl", "Araz-Naxçıvan" isə "Mingəçevir" - "Zaqatala" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" klubu dünən “Hypers Guba”nı 7:2 hesabı ilə üstələyib. Günün ilk matçında MOİK "Şimal"a qalib gəlib - 3:1. Bu gün Premyer Liqa klublarından "Səbail" isə "Dinamo" ilə üz-üzə gələcək. Bu raundun digər matçları oktyabrın 30-31-də gerçəkləşəcək.