
İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messinin məhkəmə önünə çıxacaq. Sportnet.az-ın məlumatına görə, vergi borclarını ödəməməkdə ittiham olunan ulduz futbolçu Apellyasiya məhkəməsinə müraciət edib.
Lakin onun özünə haqq qazandırmaq cəhdləri boşa çıxıb və Apellyasiya məhkəməsinə müraciəti rədd edilib.
Lakin onun özünə haqq qazandırmaq cəhdləri boşa çıxıb və Apellyasiya məhkəməsinə müraciəti rədd edilib.
Qeyd edək ki, Lionel Messi və atası Xorxe Messi 2006-cı ildən 2009-cu ilədək 4,1 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinirlər. Təqsirləndirilən tərəf günahı futbolçunun atası üzərinə atıb və Lionelin adını bu işlə əlaqələndirməyə çalışıblar. Lakin məhkəmə futbolçunun vergidən yayınma məqsədinə dair dəlillər əldə edib.









































































