
Azərbaycan futzal üzrə Yüksək və Birinci liqalarında iştirak edən klublar üçün qış transfer pəncərəsinin vaxtı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Pəncərə gələn il yanvarın 6-da açılacaq. Komandalar yeni transferlərini fevralın 6-sı, saat 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.