Misli Premyer Liqasının XVIII turunun açılış oyununda "Kəpəz" və "Sumqayıt" komandaları bərabərə qalıb.
Sportnet.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.
Qeydə alınan heç-heçədən sonra "gənclik şəhəri" təmsilçisi 20 xalla altıncı sırada qərarlaşıb. Qərb klubu isə 11 xalla doqquzuncudur.
Tura dekabrın 21-22-də keçiriləcək "Turan Tovuz" - "Neftçi", "Səbail" - "Zirə", "Şamaxı" - "Sabah" və "Qarabağ" - "Araz-Naxçıvan" görüşləri lə yekun vurulacaq.