Almaniyanın "Nürnberq" klubu Mahir Emreliyə yeni müqavilə təklif edib.
Sportnet.az xəbər verir ki, bu barədə hücumçu özü "Futbol+"ə müsahibəsində deyib.
O, 2-ci Bundesliqa təmsilçisinin meneceri ilə danışqları davam etdirdiyini bildirib: "Yeni müqavilə təklif ediblər, amma hələ ki biz cavab deməmişik. Vaxt var. Oturub düşünəcəyik və qərar verəcəyik. Mən meydanda çalışıram. Qalan işləri agentlərim görür".
Qeyd edək ki, "Nürnberq" mövsümün əvvəlində Mahir Emreli ilə 1+1 illik müqavilə imzalayıb.